Litva baş naziri: Avropanın nüvə təhlükəsizliyi təkcə Fransanın məsuliyyəti olmamalıdır

Avropanın nüvə təhlükəsizliyinin tamamilə Fransanın öhdəsinə buraxılması qeyri-məhsuldar yanaşmadır.
Crossmedia.az xəbər verir ki, bu barədə Litvanın baş naziri Gintautas Paluckas açıqlamasında bildirib.
Onun sözlərinə görə, NATO-nun nüvə doktrinasını “bunu indi Fransa həll edəcək” prinsipi ilə əvəzləmək məsuliyyətsiz və təhlükəlidir.
Həmçinin baş nazir nüvə arsenalının potensialını müqayisə edərək vurğulayıb ki, Avropanın hazırda əsaslandığı NATO və ABŞ-nin nüvə gücü Fransanın imkanlarından on dəfə üstündür.
Fransanın bu təklifi böyük maliyyə xərcləri tələb edəcək və bu adi silahlı qüvvələrin maliyyələşdirilməsinin azalmasına, eləcə də müdafiə planlarına təhlükə yaratmağa səbəb ola bilər.
Fidan Xəlilova
19:46 08.03.2025
Oxunuş sayı: 3575