Tramp Rusiyaya xəbərdarlıq edib

ABŞ-nin prezidenti Donald Tramp atəşkəs və sülh sazişi imzalanmayana qədər Rusiyaya qarşı genişmiqyaslı bank sanksiyaları, rüsumlar və digər məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki bu barədə xarici KİV yazıb.
O, həmçinin vurğulayıb ki, Rusiya döyüş meydanında Ukraynaya təzyiq göstərir.
Trampın sözlərinə görə, tərəflər gec olmadan razılığa gəlməlidirlər.
Xumar Əhmədova
19:59 07.03.2025
Oxunuş sayı: 3011