Türkiyədə iki zəlzələ baş verib

2025-ci il 7 mart tarixində Türkiyədə iki zəlzələ baş verib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Kandilli Rəsədxanası və AFAD-ın məlumatına görə, saat 15:30-da Egey dənizində 3,6 bal gücündə, 7 km dərinlikdə zəlzələ qeydə alınıb.
Bundan əvvəl isə, saat 09:45-də Hatayın Kırıkhan bölgəsində eyni gücdə – 3,6 bal gücündə, 7 km dərinlikdə yeraltı təkanlar baş verib.
Türkiyə zəlzələ zonasında yerləşdiyindən mütəmadi olaraq müxtəlif güclü yeraltı təkanlar qeydə alınır. Rəsmi qurumlar bölgədəki seysmik vəziyyəti yaxından izləyir.
18:48 07.03.2025
Oxunuş sayı: 2772