Ötən il Ermənistan ordusunda 40 hərbçi ölüb

2024-cü ildə Ermənistan Silahlı Qüvvələrində 40 hərbçi həyatını itirib. Onlardan 27-nin ölümü hərbi xidmətlə bağlı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası Baş Prokurorluğa istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərdən:
4-ü Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən "Yerkrapa" terror təşkilatının üzvləri olub,
5-i qəsdən öldürülüb (onlardan 1-i "Yerkrapa" üzvü olub),
1-i təlim zamanı yanğın nəticəsində ölüb,
7-si intihar edib və ya intihara sövq edilib,
4-ü yol-nəqliyyat hadisəsi nəticəsində ölüb,
1-i hərbi texnikanın idarəolunma qaydalarının pozulması səbəbindən həlak olub,
2-si aviasiya qəzası nəticəsində ölüb,
3-ü xəstəlikdən dünyasını dəyişib,
1-i bədbəxt hadisə nəticəsində həyatını itirib.
Xidmətlə əlaqəsi olmayan ölümlərin sayı 13 olub. Bunlardan:
3-ü xəstəlik,
7-si yol qəzası,
1-i intihar,
2-si bədbəxt hadisə nəticəsində baş verib.
Bildirək ki, 2024-cü ildə Ermənistan ordusunda ümumilikdə 2093 insident qeydə alınıb. Onlardan 762-si hadisə, 1331-i isə cinayət faktı olub. Cinayətlər arasında:
715-i hərbi cinayət,
616-sı digər cinayətlər,
178-i ağır cinayət,
39-u isə xüsusilə ağır cinayət kimi qeydə alınıb.
Fatimə Məmmədova
16:01 07.03.2025
Oxunuş sayı: 2616