Tramp ABŞ-Yaponiya Təhlükəsizlik müqaviləsini tənqid edib

ABŞ-nin Prezidenti Donald Tramp ABŞ-Yaponiya Təhlükəsizlik Müqaviləsini tənqid edərək bildirib ki, Vaşinqton Yaponiyanı qorumağa borcludur, lakin Tokio eyni təhlükəsizlik zəmanətlərini təqdim etmir.
Crossmedia.az xəbər verir ki, Trampın bu açıqlamaları Yaponiyada narahatlığa səbəb olub. Ekspertlər onun ABŞ-nin ticarət profisiti olan Yaponiyadan yeni təhlükəsizlik və ya ticarət sazişi tələb edəcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, Tramp prezidentliyi dövründə müttəfiqlərin müdafiə xərclərini artırmasını tələb edirdı. Onun bu mövqeyi ABŞ-Yaponiya münasibətlərinə təsir edə bilər.
Fidan Xəlilova
14:52 07.03.2025
Oxunuş sayı: 2508