SEPAH-a məxsus obyektdə PARTLAYIŞ

Dünən Tehranın şərqində SEPAH-a məxsus hərbi obyektlərdən birində yanğın, daha sonra isə partlayış baş verib.
Crossmedia.az telegram kanallarına istinadən xəbər verir ki, hadisə nəticəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin zabiti ölüb, daha 10 nəfər yaralanıb.
Qeyd olunub ki, yaralılardan dördü ambulator müalicə alıb, 6-sı isə xəstəxanaya yerləşdirilib.
Yanğının və partlayışın səbəbi haqqında məlumat verilmir.
14:27 07.03.2025
Oxunuş sayı: 2465