Ərdoğan: “Cənubi Qafqazda sülh Türkiyənin prioritetidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində keçirilən “Səfirlərlə iftar” proqramında çıxışı zamanı Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının Türkiyə üçün prioritet olduğunu qeyd edib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, o, Ermənistan və Azərbaycan arasında davamlı sülh prosesinin irəliləməsi üçün Türkiyənin fəal dəstək verdiyini bildirib.
22:15 03.03.2025
Oxunuş sayı: 1232