Türkiyəli folklorşünas alim Ədəbiyyat Muzeyində olub

Türkiyə Cümhuriyyəti İstanbul Mədəniyyət Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün dosenti Neşe İşık Kadıoğlu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Neşe İşık Kadıoğlu muzey əməkdaşı Gülnar Əqiqin müşayiəti ilə Ədəbiyyat Muzeyinin ekspozisiyasını gəzərək qədim və müasir Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olub. Qonaq türk xalqlarının çox zəngin folklor və mədəniyyətə malik olduğunu vurğulayaraq muzeydə bu zənginliyin parlaq şəkildə nümayiş etdirildiyini bildirib. Muzeyin ekspozisiyasında Azərbaycan ədəbiyyatının formalaşması prosesində mifoloji düşüncə və folklor ənənələrinin əhəmiyyətini əks etdirən, türk xalqlarının ortaq ədəbi abidələrinə həsr olunmuş guşələrin xronoloji ardıcıllıqla sərgilənməsi qonağın diqqətini cəlb edib.
Neşe İşık Kadıoğlu Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində ortaq ədəbi abidələrin mühüm rol oynadığını qeyd edərək təəssüratlarını muzeyin rəy kitabında bölüşüb
14:53 03.03.2025
Oxunuş sayı: 1187