Paşinyan jurnalistin Azərbaycanla bağlı sualını cavabsız qoydu

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin “Azərbaycana Ermənistan xalqı və Azərbaycan xalqı üçün məqbul olacaq nə təklif etmisiniz?” sualına cavab olaraq hazırda açıqlama verə bilməyəcəyini deyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Azərbaycanın cavabını aldıqdan sonra daha ətraflı təhlil aparılacaq. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan razıdır, bu ictimailəşdirilməlidir və Azərbaycan razı deyil, bu bizə bunu ictimailəşdirməyə mənəvi haqq verəcək”,-deyə açıqlamada bildirilib.
Xatrladaq ki, bundan əvvəl Paşinyan Azərbaycana həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul olan həll yolunu təklif etdiyini açıqlayıb.
Nəzrin Salmanova
17:57 01.03.2025
Oxunuş sayı: 2777