CROSSMEDIA - Ötən il 126 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub - Agentlik
Səhiyyə

Ötən il 126 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub - Agentlik

2024-cü il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 126 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, İcbari tibbi sığorta ilə qarşılanan sözügedən tibbi xidmət 3 mərhələdən ibarətdir: pasiyentin müayinəsi, cərrahi əməliyyat və reabilitasiya dövrü.

"Tibbi xidmətdən istifadə etmək üçün şəxs ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən birində və ya Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında ixtisaslı həkimin (lor) müayinəsindən keçməlidir. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabınaBera test, KT, MRT və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiq edildikdən sonra ixtisaslı həkimin göstərişi əsasında vətəndaşa cərrahiyyə əməliyyatı təyin edilir.

Xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişə əsasən təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə icra olunur. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə nitq prosessorunun (üst cihaz) yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti icbari tibbi sığorta ilə qarşılanır",- məlumatda qeyd edilib.

12:21 25.02.2025

Oxunuş sayı: 847

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR