Sahil Babayevin maliyyə naziri təyin olunması - ictimaiyyətin gözləntisi nədir?

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək Maliyyə naziri təyin edilib. Sahil babayevin fəaliyyəti daim cəmiyyətin diqqətində olub. Onun çalışmaları, gördüyü işlər haqqında mediada və sosial şəbəkələrdə rəylər və fikirlər əksini tapıb.
Yeni təyinat fonunda cəmiyyətin əsas suallarından biri budur: maliyyə sahəsində hansı dəyişikliklər gözlənilir və Sahil Babayev bu vəzifədə hansı addımları atması faydalı nəticələr doğura bilər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a qısa açıqlama verib: “Sahil Babayev əvvəlki vəzifəsində belə ciddi suallar doğuran fiqurlardan biri idi. Sosial müdafiə sahəsində müəyyən iradlar və əhalinin narazı olduğu məsələlər var idi. Bunlar əlilliyin və təqaüdün təmin edilməsi kimi məsələlər idi. Ona görə də açığı indidən son fikiri söyləmək çətindir. Əsas məsələ ondan ibarətdir ki, nazirliyin funksiyasında hansı dəyişiklik olacaq. İdarəetmə formasında hansısa dəyişiklik olacaq yoxsa yox. Kadrlar bir çox məsələlərin həllində önəmli rol oynasa da əsas olan sistemdir. Yəni sistemli dəyişikliklərə, islahatlara gediləcəkmi ya yox? Əsas sual budur. Bir neçə ay keçməlidir ki, Sahil Babayevin maliyyə naziri kimi fəaliyyətinə hansısa formada qiymət vermək mümkün olsun”.
Ayhan Ağarzayev
17:59 06.02.2025
Oxunuş sayı: 4632