2025-ci ildə pensiya ödənişlərinə 7 milyard 210 milyon manat vəsait ayrılacaq
2018- 2023-cü illərdə minimum pensiya 2,9 dəfə (110 manat / 280 manat), orta aylıq pensiya 2,6 dəfə (436 manat), yaşa görə orta aylıq pensiya 2,4 dəfə (467 manat) artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.
O bildirib ki, 2025-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 11 faiz və ya 715 milyon manat çox olmaqla 7 milyard 210 milyon manat vəsait nəzərdə tutulub.
- 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib.
- Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib və s.(Trend)
21:19 05.02.2025
Oxunuş sayı: 498