Soçi hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyuldu
Rusiyanın Soçi şəhərinin hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, “Rosaviasiya” bu barədə məlumat yayıb.
Qurumun məlumatına görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub. Məhdudiyyətlər Moskva vaxtı ilə saat 23:11-də qüvvəyə minib.
Qeyd edək ki, Soçi hava limanında uçuşların qəbulu və yola salınması ilə bağlı məhdudiyyətlər son günlər də təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq edilib və sonradan aradan qaldırılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 1,9 min zərbə PUA-sının məhv edildiyini açıqlayıb.
02:20 21.09.2026
Oxunuş sayı: 45