Göygöldə ər arvadını qətlə yetirib
Göygöldə qətl hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.
Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
21:59 20.09.2026
Oxunuş sayı: 43