CROSSMEDIA - Paşinyan Türkiyə ilə münasibətlərdən danışdı: “Çox fəal işləyirik”
Xarici xəbərlər

Paşinyan Türkiyə ilə münasibətlərdən danışdı: “Çox fəal işləyirik”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Ankara arasında daimi əlaqə mövcuddur və Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur.

Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

"Biz Türkiyə ilə dialoqu davam etdiririk və davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə indiyə qədər heç vaxt bu qədər aktiv dialoq aparmayıb. Faktiki olaraq, Türkiyə ilə ünsiyyətə heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz mütəmadi görüşlər keçirir, nümayəndələrimiz daimi təmasdadır və çox fəal işləyirik. Ümumilikdə, hansı addımların atılmalı olduğu ilə bağlı ortaq anlayış mövcuddur",- Paşinyan bildirib.

O qeyd edib ki, bəzi incə məqamlar hələ də qalır və real nəticə əldə etmək üçün son addımların atılması vacibdir: "Ümid edirik ki, yaxın vaxtlarda müsbət nəticəyə nail olunacaq".


Fatimə Məmmədova

11:57 05.02.2025

Oxunuş sayı: 439

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR