CROSSMEDIA - Ötən ay 9 aptekdə nöqsan aşkarlanıb
Səhiyyə

Ötən ay 9 aptekdə nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yanvar ayı ərzində 16 aptekdə yoxlama aparıb.

Crossmedia.az AEM-ə istinadən xəbər verir ki,  Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.

Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

15:09 03.02.2025

Oxunuş sayı: 393

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR