Cavad Zərif yenidən Qərb arenasında
ABŞ-də Donald Trampın qayıdışı ərəfəsində İranın sabiq xarici işlər naziri Cavad Zərif Qərb mediasında yenidən çıxış imkanı əldə edib.
Crossmedia.az xəbər verir ki, Amerika liberal dairələri Zərifə "Foreign Affairs" jurnalında məqalə dərc etdirmək fürsəti veriblər.
Məlumata görə, İranın ali dini rəhbərliyi Trampın mümkün təzyiqləri fonunda Qərbi yaxşı tanıyan və Qərb liberalları ilə möhkəm əlaqələr qurmuş Zərifə geniş fəaliyyət imkanı yaradıb.
05:39 03.02.2025
Oxunuş sayı: 283