Tbilisidə etiraz aksiyası böyüdü: Müxalifət lideri Nika Melia saxlanıldı
Gürcüstanın müxalifət partiyası olan “Akhali” partiyasının lideri Nika Melia Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Melia polis ilə baş verən qarşıdurmadan sonra həbs edilib.
Tbilisiyə giriş yolunda keçirilən aksiya bir neçə saat davam edib. Etirazçılar “Tbilisi Mall” ticarət mərkəzinin yaxınlığında toplaşıblar və paytaxta giriş-çıxış yollarını bağlamaq qərarına gəliblər.
Polis qüvvələri ilə baş verən toqquşmadan sonra aksiyaçılar paytaxtdan çıxan yolun bir hissəsini qismən bağlayıblar.
Nihat Tahirov
03:45 03.02.2025
Oxunuş sayı: 362