CROSSMEDIA - Putin: “Hitler dövrünün cinayətlərinə görə bu günün alman nəsli günahlandırılmamalıdır”
Dünya

Putin: “Hitler dövrünün cinayətlərinə görə bu günün alman nəsli günahlandırılmamalıdır”

“Avropa siyasi elitaları deqradasiyaya uğrayıb, buna görə də seçicilərə cəlbedici proqram təqdim etmək əvəzinə, rəqiblərinə qarşı qadağalarla mübarizə aparırlar”.  Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinə verdiyi müsahibədə Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının qadağan edilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Crossmedia.az xəbər verir ki, Putin Avropa elitalarını “sadəcə siyasi yeniyetmələr” adlandırıb. “Bu, müxtəlif ‘alternativlərin’ yaranmasının səbəbidir. Sonra da həmin ‘alternativlərə’ qarşı mübarizə aparmaq üçün qadağalardan istifadə edirlər, sanki başa düşmürlər ki, bugünkü qadağalar sabah başqa ad altında yeni bir ‘alternativin’ yaranmasına gətirib çıxaracaq”. – deyə o qeyd edib.

“Cəmiyyət müəyyən bir siyasi ideyanın təşviqatına ehtiyac duyursa, bunun qarşısını almaq mümkün deyil. Axı bizə vaxtilə necə öyrədirdilər? Daha səmərəli bir proqram təqdim edin”. – Putin əlavə edib.

Rusiya Prezidenti bildirib ki, Almaniyanın hazırkı və gələcək nəsilləri Hitlerin Almaniyası dövründəki cinayətlərə görə məsuliyyət daşımır.

“Bu günün alman cəmiyyətinin həmin dövrlə heç bir əlaqəsi yoxdur. Əlbəttə, tarixi yaddaş mövcuddur, onu xatırlamaq vacibdir, unutmaq olmaz, amma hesab etmirəm ki, 1930-40-cı illərdə baş verənlərə görə bu günün alman nəsli günahlandırılmalıdır”. – deyə o vurğulayıb.

Putin əlavə edib ki, Avropa elitalarının nümayəndələri öz işlərini səmərəli şəkildə yerinə yetirmirlər və onların arasında 20-ci əsrin sonunun siyasi xadimləri ilə müqayisə edilə biləcək şəxslər yoxdur.

“Avropada bir vaxtlar dünya səviyyəli siyasi xadimlər olub: (Fransa prezidentləri Şarl) de Qoll, (Fransua) Mitteran, müasir dövrdə (Jak Şirak), Almaniyada isə (kanslerlər) Villi Brant, (Helmut) Kol və (Gerhard) Şröder”.  – Putin qeyd edib. “Onlar öz fikirləri olan, bu fikirlər uğrunda mübarizə aparmaq cəsarətinə sahib şəxslər idilər, bu fikirləri səsləndirir və onları reallaşdırmağa çalışırdılar”.

“Bu gün isə orada demək olar ki, belə insanlar yoxdur. Bəzən orada baş verənlərə təəccüblə baxıram. Aydındır ki, bəziləri nə təhsil baxımından, nə də qabiliyyət baxımından tutduqları vəzifələrə uyğun gəlmirlər”. – deyə Putin bildirib.


Nihat Tahirov

00:05 03.02.2025

Oxunuş sayı: 313

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR