CROSSMEDIA - Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı olmağa çağırdı
Dünya

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı olmağa çağırdı

ABŞ  Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə birləşməli olduğunu bildirib. O, bunun iqtisadi baxımdan daha məntiqli addım olacağını vurğulayıb.

Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tramp qeyd edib ki, ABŞ hər il yüz milyardlarla dollar ödəyərək Kanadanı subsidiyalaşdırır və bunun heç bir mənası yoxdur:

"Bizim onların heç nəyinə ehtiyacımız yoxdur. Öz avtomobillərimizi istehsal etməli və öz sərhədsiz enerji mənbələrimizdən istifadə etməliyik. Hətta kifayət qədər taxtamız var. Bu subsidiyalar olmasa, Kanada mövcud qala bilməz".

O, Kanadanın ABŞ-yə qoşulması halında kanadalılar üçün daha aşağı vergilər və güclü hərbi müdafiə təmin ediləcəyini bildirib. Tramp həmçinin vurğulayıb ki, birləşmə baş verərsə, Kanada mallarına tətbiq edilən tariflər tamamilə aradan qaldırılacaq.

Bildirək ki, bu açıqlama Kanadada və beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.

Fatimə Məmmədova

23:36 02.02.2025

Oxunuş sayı: 324

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR