CROSSMEDIA - İsrail ordusu Suriyada yeni hərbi bazalar inşa edir
Dünya

İsrail ordusu Suriyada yeni hərbi bazalar inşa edir

İsrail ordusu son aylarda ələ keçirdiyi beynəlxalq tanınmış Suriya ərazilərində yeni hərbi bazalar qurur. Crossmedia.az The Washington Post-a istinadən xəbər verir ki, peyk görüntülərinə əsasən, İsrailin divarlarla əhatə olunmuş bazasında bir çox struktur və nəqliyyat vasitəsi qeydə alınıb. Həmçinin, bu bazanın beş mil cənubunda eyni quruluşa malik başqa bir obyektin mövcudluğu müşahidə edilib.

Görüntülər göstərir ki, Quneytra şəhərindən təxminən 10 mil cənubda yerləşən yeni yol təmas xəttindən Kodana kəndi yaxınlığındakı təpənin zirvəsinə qədər uzanır. Bu isə İsrail qüvvələrinə yeni müşahidə nöqtəsi əldə etməyə imkan yaradır.

23:03 02.02.2025

Oxunuş sayı: 294

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR