Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları qəbul etməyə hazırdır
Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Dohada keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birgə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının şərtlərindən biri azad edilən fələstinli məhbusların Fələstin torpaqlarında qalmaması ilə bağlıdır.
"Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazırıq. Sazişin həyata keçirilməsinə digər ölkələr də öz töhfələrini verəcəklər", – Fidan vurğulayıb.
22:45 02.02.2025
Oxunuş sayı: 305