WSJ: Rusiya Türkiyədə AES tikintisini ABŞ sanksiyalarını aşmaq üçün istifadə edib
ABŞ Ədliyyə Nazirliyi JPMorgan hesablarında 2 milyard dollar dəyərində Rusiya vəsaitini bloklayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Rusiya və Türkiyə arasında razılığa əsasən, Qazprombank AES tikintisi üçün 9 milyard dollar kredit ayırıb, bu krediti isə gizli şəkildə Rusiya Mərkəzi Bankı maliyyələşdirib. Belə ki, Ziraat Bank vasitəsilə Rusiya şirkətlərinə dollar köçürmələri həyata keçirilib, bu da ABŞ sanksiyalarından yayınmaq məqsədini güdür.
Ekspertlər ABŞ sanksiyalarının sərtləşməsinin Rusiyanın neft ixracının daha da məhdudlaşacağını və bunun Moskvanın gəlirlərinə ciddi təsir edəcəyini bildirib
Qeyd edək ki, 2024-cü ildə ABŞ prokurorları bu vəsaitlərin müsadirəsini planlaşdırıb, lakin Bayden administrasiyası Türkiyə ilə münasibətləri qorumaq üçün bu addımı dayandırıb.
Fatimə Məmmədova
22:29 02.02.2025
Oxunuş sayı: 331