Putin-Tramp görüşü Rusiyanın statusunu gücləndirə bilər
Vladimir Putin və Donald Trampın Ukrayna nümayəndələrinin iştirakı olmadan görüşü Rusiyanın qlobal supergüc kimi statusunu möhkəmləndirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, “Vladimir Putin Donald Trampın Ukrayna ilə bağlı razılaşma cəhdini Moskva üçün əlverişli şərtlər əldə etmək imkanı kimi görür, hətta bu, Kiyevin suverenliyi və təhlükəsizliyi bahasına olsa belə. Kreml ABŞ lideri ilə birbaşa görüşə can atır ki, Rusiyanı qlobal supergüc kimi təqdim edən mövqeyini gücləndirsin", – deyə məlumatda qeyd edilib.
Nihat Tahirov
21:42 02.02.2025
Oxunuş sayı: 322