Egey dənizində ardıcıl zəlzələlər qeydə alınıb
Afət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində bir neçə zəlzələnin baş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, yerli vaxtla 10:22-də Egey dənizində 4,7 bal gücündə ilk zəlzələ qeydə alınıb. Ardınca bölgədə 3,6, 3,5 və 4,4 bal gücündə üç ayrı yeraltı təkan baş verib.
Hazırda bölgədə vəziyyət izlənilir.
Maral Şahverdili
21:27 02.02.2025
Oxunuş sayı: 264