CROSSMEDIA - Netanyahunun kardioloqu Vaşinqtonda onu müşayiət edib
Dünya

Netanyahunun kardioloqu Vaşinqtonda onu müşayiət edib

İsrailin Baş naziri Benyamin Netanyahunun şəxsi kardioloqu, Şeba Tibb Mərkəzinin baş kardioloqu Dr. Eyal Heller onu Vaşinqtonda müşayiət edib.

Crossmedia.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, Netanyahunun ofisi həkimin səfərinin səbəbi ilə bağlı rəsmi açıqlama verməsə də, bu addım baş nazirin səhhətinə yaxından nəzarət etmək istəyi ilə bağlı ola bilər. Xüsusilə də, onun dekabrın sonlarında keçirdiyi prostat əməliyyatından sonra.

Qeyd edək ki, ürək problemləri olan Netanyahu 2023-cü ildən etibarən ürək stimulyatoru (pacemaker) istifadə edir.

Xatırladaq ki, İsrailin Baş naziri Vaşinqtona ABŞ prezidenti Donald Trampla görüşmək üçün gedib.

Nihat Tahirov

20:45 02.02.2025

Oxunuş sayı: 210

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR