Pezeşkian: “İran artıq düşmən qarşısında müdafiəsiz deyil”
İranın hərbi potensialı müdafiə məqsədi daşıyır və milli təhlükəsizliyi təmin edir.
Crossmedia.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Kompleksinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, hökumət ölkənin müdafiə sənayesinin inkişafını tam dəstəkləyir:
“Vaxtilə düşmənlərimiz bizə sərbəst hücum edə bilirdi. İraqla müharibə zamanı torpaqlarımıza və hava məkanımıza maneəsiz müdaxilə edirdilər, istədikləri kimi hərəkət edirdilər. Lakin İranın müasir hərbi inkişafı artıq ölkəmizi xarici təhdidlər və iddialar qarşısında müdafiəsiz qoymur. Düşmənlərimiz artıq xalqımızı keçmişdə olduğu kimi raket və bombalı hücumlara məruz qoya bilməz. Bu gün burada gördüyümüz, İranın hücum üçün deyil, özünü müdafiə etmək üçün qurulmuş müdafiə gücünün təcəssümüdür.”
Maral Şahverdili
20:10 02.02.2025
Oxunuş sayı: 276