CROSSMEDIA - Tramp: Putinlə mühüm bir addım ata bilərik
Dünya

Tramp: Putinlə mühüm bir addım ata bilərik

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışmaq planlarını bir daha vurğulayıb. Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Tramp cümə günü Putinlə danışacağını və bəlkə də əhəmiyyətli bir addım atacaqlarını bildirib. Lakin ABŞ prezidenti bununla bağlı təfərrüat verməyib.

Tramp Vaşinqtonun Moskva ilə ciddi müzakirələr apardığını deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl Moskvanın iki ölkə liderləri səviyyəsində ünsiyyətə açıq olduğunu, lakin bu mövzuda Vaşinqtondan heç bir müraciət almadıqlarını bildirmişdi.


Maral Şahverdili

19:39 02.02.2025

Oxunuş sayı: 353

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR