“Amerika işğalçı və yalançıdır” – Ayətullah Xameneidən sərt çıxış
İran İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, İran dünyada ABŞ-ı açıq şəkildə tənqid edən və onu əsl adları ilə çağıran yeganə ölkədir.
Crossmedia.az xəbər verir ki, “İran millətini digərlərindən fərqləndirən budur ki, bu həqiqəti söyləməyə cəsarəti var: Amerika işğalçıdır, yalançıdır, hiyləgərdir, müstəmləkəçidir və heç bir insani prinsipə riayət etmir”. – deyə Xamenei vurğulayıb.
O, bu fikirləri 41-ci Beynəlxalq Qur’an Müsabiqəsində iştirak edən Qur’an müəllimləri və qiraətçiləri ilə görüşü zamanı səsləndirib.
Xamenei əlavə edib ki, İran son 46 ildə qlobal hegemon güclərə qarşı müqavimət göstərərək hərtərəfli inkişaf edib. “Bu qarşıdurmada İran yalnız zərbə almamaqla kifayətlənməyib, eyni zamanda bütün sahələrdə irəliləyib”. – deyə İran lideri bildirib.
Maral Şahverdili
19:24 02.02.2025
Oxunuş sayı: 327