KİV: Ukraynanın NATO-ya ehtiyacı yoxdur
Ukraynanın NATO-ya üzvlük ehtimalı əvvəldən az olub və Donald Trampın ABŞ prezidenti seçilməsi bu perspektivi daha da zəiflədir.
Crossmedia.az “Unian”a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, əsas vəzifə Rusiyanı müharibənin davamının ona heç bir üstünlük qazandırmayacağına inandırmaq və eyni zamanda Ukraynanın sülh müqaviləsindən itki verməyəcəyinə zəmanət yaratmaqdır.
ABŞ və müttəfiqləri Ukraynaya daha çox silah verə və yeni sanksiyalar tətbiq edərək Rusiyanı sülh danışıqlarına məcbur edə bilərlər. Donald Tramp artıq Ukraynaya hərbi dəstək verməyə hazır olduğunu bildirib. Lakin ekspertlər vurğulayırlar ki, əsas hədəf NATO-nun formal zəmanətləri olmadan Ukraynanın müdafiə qabiliyyətini gücləndirməkdir.
Qeyd olunub ki, Ukrayna 600 minlik ordusu ilə sərhədlərini gücləndirə, müdafiə xətlərini minalanmış sahələr və digər mühəndis maneələri ilə möhkəmləndirə bilər: "Şəhərlər və kritik infrastruktur obyektləri hava və raket hücumlarından qorunmalıdır. Eyni zamanda kibertəhlükəsizlik tədbirləri də gücləndirilməlidir. Bundan əlavə, Ukrayna hərbi hava və dəniz qüvvələrini qoruyub saxlamalı, silah təchizatını və hərbi idarəetməni təşkil edəcək “institusional ordu” modelini qurmalıdır. Ekspertlərin hesablamalarına görə, ümumi hərbi personalın sayı bir milyona çata bilər".
Mütəxəssislər bildirirlər ki, bu ordu qurulsa, Ukrayna gələcəkdə Rusiyanın hərbi təhdidlərini neytrallaşdıra bilər: "Müdafiə büdcəsinin tədricən 40 milyard dollara qədər azaldılması nəzərdə tutulur ki, bu da İsrail və Cənubi Koreyanın müdafiə xərcləri ilə müqayisə edilə bilər. Nəticədə, belə bir güclü ordu Rusiyanın gələcəkdə Ukraynaya qarşı sürətli və həlledici hərbi əməliyyat keçirmək planlarını qeyri-real edəcək".
Gültac Mehdizadə
18:38 02.02.2025
Oxunuş sayı: 573