CROSSMEDIA - Fələstin prezidenti BMT-yə müraciət etdi
Dünya

Fələstin prezidenti BMT-yə müraciət etdi

Fələstinin  prezidenti Mahmud Abbas BMT Baş katibi Antoniu Quterreşə müraciət ünvanlayaraq Qəzza Zolağının sürətlə bərpası üçün dost və müttəfiq ölkələrlə əməkdaşlığa sadiq olduğunu təsdiqləyib.

Crossmedia.az xəbər verir ki, “Prezident Abbas Qəzza Zolağının Fələstin Administrasiyasının idarəçiliyi altında bərpasını sürətləndirmək və onun İordan çayının qərb sahili ilə əlaqəsini dəstəkləmək üçün dost və müttəfiq ölkələrlə işləməyə sadiqliyini təsdiqləyib”. – deyə WAFA xəbər agentliyi məlumat yayıb.

Abbas, həmçinin “fələstinlilərin öz torpaqlarından köçürülməsinin yolverilməzliyi ilə bağlı qəti mövqe nümayiş etdirdiyi üçün” Quterreşə dərin təşəkkürünü ifadə edib.

Prezident Abbas bildirib ki, BMT Baş katibi “beynəlxalq hüquqa sadiqdir və bu, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı yoldur”.


Maral Şahverdili

16:14 02.02.2025

Oxunuş sayı: 347

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR