Kiyev rejiminin dəstəyi Rusiya-Danimarka əlaqələrini necə məhdudlaşdırdı?
Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib ki, Danimarka Kiyev rejimini dəstəklədiyi üçün iki ölkə arasında təhlükəsizlik sahəsində heç bir dialoq mümkün deyil.
“Danimarka tərəfi bizimlə bütün əlaqələri kəsib. Kiyev rejiminin Danimarka tərəfindən dəstəklənməsi səbəbindən bu məsələlər üzrə dialoqun bərpası üçün heç bir əsas yoxdur”. – deyə o, Baltikyanı bölgədə təhlükəsizliyin təmin edilməsi və hərbi risklərin qarşısının alınması ilə bağlı Danimarka ilə əlaqələrin olub-olmaması barədə sualı cavablandırarkən qeyd edib.
Crossmedia.az xəbər verir ki, diplomatın sözlərinə görə, NATO üzvü və ABŞ-nin müttəfiqi olan Danimarka təhlükəsizlik sahəsində bütün qərarlarını Brüssel və Vaşinqtonun mövqeyinə uyğun qəbul edir.
“Ukraynada xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Rusiya tərəfi Kopenhagendən açıq dənizdə və onun üzərindəki hava məkanında insidentlərin qarşısının alınması da daxil olmaqla, qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsini nəzərdən keçirməyi xahiş etmişdi. Lakin Kopenhagen bu imkanı itirdi”. – deyə Barbin vurğulayıb.
Maral Şahverdili
15:57 02.02.2025
Oxunuş sayı: 339