Zelenski Rusiyayla danışıqlar masasında ABŞ və Aİ-nin olmasını istəyir
Ukrayna Prezidenti Vladimir Zelenski bir daha bildirib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara başlamağı gözləyir. O, bu danışıqlarda Moskva, Brüssel, Vaşinqton və Kiyevin iştirakını vacib hesab edir.
Crossmedia.az xəbər verir ki, “(ABŞ Prezidenti Donald Tramp ilə söhbətdən sonra) biz ruslarla hansısa bir danışıqlar formatına keçməliyik. Mən ABŞ-nin, Ukraynanın və rusların danışıqlar masasında əyləşməsini görmək istərdim. … Dürüst desəm, Avropa İttifaqının da səsi burada eşidilməlidir. Düşünürəm ki, bu, ədalətli və səmərəli olar. Amma necə alınacaq? Bunu bilmirəm”. – deyə Zelenski Associated Press-ə verdiyi müsahibədə bildirib.
Zelenskinin sözlərinə görə, Tramp administrasiyası ilə əlaqələr saxlanılır, lakin məsləhətləşmələr hələlik ümumi xarakter daşıyır.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl bəyan edib ki, Zelenski qanuni lider deyil və Moskvayla danışıqlar üçün veto qərarını ləğv edə bilməz. Lakin əgər istək olarsa, bunu etmək üçün yollar var.
Maral Şahverdili
15:42 02.02.2025
Oxunuş sayı: 1659