Azərbaycan hərbçilərinin qış təlimindən FOTOLAR
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                            - Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025”də iştirak edən Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
 - Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 - Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.
 - Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
 - Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.
 - Çoxmillətli “Qış təlimi-2025”də bölmələrimiz Azərbaycanı layiqincə təmsil edirlər.
 
11:34 31.01.2025
Oxunuş sayı: 5530