Avroliqanın “Dördlər finalı” 2027 və 2029-cu illərdə Əbu-Dabidə keçiriləcək
Basketbol üzrə Avroliqanın 2027 və 2029-cu illərdəki “Dördlər finalı” oyunları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Avroliqanın rəsmi saytında yayılan məlumata görə, 2025-ci ildə ilk dəfə turnirə ev sahibliyi edən “Etihad Arena” 2027 və 2029-cu illərdə də yarışın həlledici mərhələsinə ev sahibliyi edəcək.
2027-ci il “Dördlər finalı”nın mayın 28-30-da keçirilməsi planlaşdırılır.
02:30 28.10.2026
Oxunuş sayı: 54