CROSSMEDIA - Mikayıl Cabbarov: 1,7 milyard manat dəyəri olan layihələrə dəstək verilib
İqtisadi xəbərlər

Mikayıl Cabbarov: 1,7 milyard manat dəyəri olan layihələrə dəstək verilib

  • Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 1,7 milyard manatlıq 23 təşəbbüs reallaşdırılıb.

  • Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

  • Nazirin sözlərinə görə, qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir: “Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşılenerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir".

10:29 31.01.2025

Oxunuş sayı: 469

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR