İrəvanın mərkəzində "Qarabağ" oxudular - VİDEO
                                            - Ermənistan mediası İranda yaşayan azərbaycanlılardan bir qrupunun İrəvana səfər zamanı mərkəzi meydanda "Qarabağ" mahnısı oxumalarının görüntülərini yayıb.
 - Crossmedia.az xəbər verir ki, Ermənistan mediası bu görüntünü "bir qrup İran azərbaycanlısının informasiya təxribatı" adlandırıb.
 - Onlar yazıblar ki, azərbaycanlılar İrəvanın Respublika meydanında Qarabağ haqqında mahnı oxuyub və videomaterial yayıblar.
 - Bu hadisəyə hüquq-mühafizə orqanlarının aydınlıq gətirəcəyi də qeyd olunub.
 
08:16 31.01.2025
Oxunuş sayı: 5339