Səfir Tailanda minatəmizləmə ilə bağlı müzakirə aparıb
                                                
                                                
                                            - Azərbaycanın Tailanddakı səfiri Elçin Bəşirov Cənub-Şərqi Asiya ölkəsinin Minatəmizləmə Mərkəzinin baş direktoru ilə mina təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
 - Crossmedia.az xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.
 - “29 yanvar 2025-ci il tarixində səfir Elçin Bəşirov Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru general Saksit Sanqçanintra ilə görüşüb”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
 - Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
 
01:03 31.01.2025
Oxunuş sayı: 6253