Baş nazir Almatıda işgüzar səfərdədir
                                                
                                                
                                            - Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir.
 - Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
 - Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
 - Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək.
 - O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.
 
15:39 30.01.2025
Oxunuş sayı: 6457