Rəsmi Bakı ABŞ-yə başsağlığı verdi

- Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında bildirilib.
- "Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik", - qeyd olunub.
- Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
- Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə isə 3 ABŞ əsgəri olub. Yerli medianın məlumatına görə, artıq 18 nəfərin meyiti Potomak çayından çıxarılıb.
13:07 30.01.2025
Oxunuş sayı: 4328