Bankların kredit portfeli artıb
- Dekabrda bankların kredit portfeli 0,4 faiz və ya 109,5 milyon manat artaraq 27,477.7 milyon manat olub.
- Crossmedia.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 53,8 faiz (14,787.2 milyon manat); istehlak kreditləri – 30,7 faiz (8,445 milyon manat) və ipoteka kreditləri – 15,5 faiz (4,245.5 milyon manat). Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2,170.4 milyon manat, istehlak kreditləri 1,508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artıb.
- Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,5 faiz təşkil edib.
- Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81,3 faizi və ya 37,696.6 milyon manat. 2024-cü ilin dekabr ayında bankların depozit portfeli 7,1 faiz və ya 2,504.6 milyon manat artıb. Depozit portfelinin 62,1 faizi (23,397.5 milyon manat) hüquqi şəxslərin, 37,9 faizi (14,299.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
11:32 30.01.2025
Oxunuş sayı: 1402