Bu iki universitet TOP 500-də yer alıb

- Azərbaycanın Bakı Dövlət (BDU) və Azərbaycan Universitetləri ilk dəfə "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
- Bildirilib ki, dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən dərc olunan “Akademik Fənlərin Qlobal Reytinqi”də Azərbaycan ilk dəfə s riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunub.
- Belə ki, Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb.
- Qeyd edək ki, Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.
- Xatırladaq ki, “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.
10:25 30.01.2025
Oxunuş sayı: 4452