Britaniya Azərbaycan və Mərkəzi Asiya üzrə yeni ticarət elçisi təyin edib

- Azərbaycan və Mərkəzi Asiya üzrə Böyük Britaniyanın yeni təyin olunmuş ticarət elçisi Con Alderdays Bakı və London arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
- Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
- "Lord Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə yeni ticarət nümayəndəsi təyin edilib. O, iqtisadi əlaqələrin inkişafı, möhkəmləndirilməsi və tərəfdaşlığın genişləndirilməsi missiyamızın həyata keçirilməsində əsas rol oynayacaq", - paylaşımda bildirilib.
09:55 30.01.2025
Oxunuş sayı: 4457