Lənkərandakı ağır yol qəzasında yaralananlara ilkin tibbi yardım göstərilib - YENİLƏNİB

- Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə nəticəsində yaralanan 24 nəfərə ilkin tibbi yardım göstərilib.
- Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bidirilib.
- Qeyd olunub ki, 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
- Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
XXX
16:24
Lənkəran-Boradigah-Masallı yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.
“Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün saat 13:00 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "Vaz" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Ayhan Ağarzayev
16:31 28.01.2025
Oxunuş sayı: 4846