Lukaşenko yenidən kresloda: Putinin demək istəmədiklərini deyəcək

Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko yanvarın 26-da keçirilən prezident seçkilərində qalib gəlib. O, 86,82% səslə yenidən ölkə prezidenti seçilib.
Bu barədə ölkənin Mərkəzi Seçki
Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.
Onun siyasəti daha çox autoritarizm və sərt
idarəetmə ilə xarakterizə olunur.
Prezidentin siyasətində əsas prinsiplər arasında dövlətin iqtisadiyyata
müdaxiləsi, mərkəzləşdirilmiş idarəetmə və Rusiya ilə sıx əlaqələr mövcuddur.
Onun hakimiyyəti altında Belarus Rusiyanın təsiri altında qalmağa davam edir.
Lukaşenko, həmçinin Avropa İttifaqı və ABŞ ilə münasibətlərində gərginliklər
yaşamış, ancaq iqtisadi və siyasi səbəblərlə bəzən Rusiyaya yaxınlaşmışdır.
Lukaşenkonun siyasəti həm də Qərbin maraqlarını nəzərə alaraq balanslaşdırmağı hədəfləyir, lakin onun müxalifətə qarşı sərt tədbirləri və hakimiyyətin mərkəzləşdirilməsi beynəlxalq arenada tənqid olunur.
Bundan sonra Belarusun siyasətindəki mümkün dəyişiklik barədə Crossmedia.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Lukaşenkonun yenidən prezidenti seçilməsi təəccüblü deyil: “ Ümumiyyətlə, nəticənin necə olacağı az-çox bəlli idi. Belarusdakı sistem sovet dövründən qalma bir sistemdir. Təsadüfi deyil ki, Lukaşenko “Avropanın son diktatoru” adlandırılır. Bu baxımdan onun yenidən seçilməsi təbiidir”.
Politoloqun sözlərinə görə, Lukaşenkonun siyasədində dəyişikliklərin olması daha çox Rusiya Prezidenti Vladimir Putinlə əlaqəlidir: “Lukaşenko təlimatları Kremldən alır. Ona görə də onu “Belarusun qubernatoru” adlandırmaq olar. Minsklə Bakı arasındakı münasibətlərə gəldikdə isə bildirməliyik ki, Lukaşenko Azərbaycan üçün müsbət siyasi personadır. Belarusun Azərbaycanla münasibətləri yaxşıdır”.
T.Rzayev qeyd edib ki, ümumi mənada
Belarusun dünya siyasətində və regional siyasətdəki çəkisi o qədər də böyük
deyil: “Bu baxımdan hansısa böyük bir siyasət dəyişikliklərinin olacağını
düşünmürəm: “Lukaşenko ənənəvi siyasətini davam etdirəcək. Xarici siyasətdə əhəmiyyətli
dəyişikliklər olmayacaq. Yəni o, Qərbə qarşı məsafəli, pafoslu çıxışlar,
Putinin demək istəmədiklərini ifadə edən bir ağız rolunu oynayacaq”.
Fidan Hacızadə
16:36 27.01.2025
Oxunuş sayı: 3646