Gündəm

Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə Türkiyədə görüş olacaq

10 gün sonra Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə XİN başçılarının Türkiyədə görüşü olacaq.

Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə tarixi Şuşa bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib:
“Bu münasibətləri daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Biz sıx təmasdayıq. Nə qədər sıx görüşməyimizdən asılı olmayaraq yeni mövzular daim yaranır”.

09:38 18.01.2025

Oxunuş sayı: 1714

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR