HƏMAS atəşkəs təklifini qəbul edib

HƏMAS atəşkəs təklifini qəbul edib və bu təklif sabahdan etibarən yekunlaşacaq və qüvvəyə minəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Misirin “Al-Ghab” nəşri bildirib.
İsrail baş naziri Netanyahunun ofisi HƏMAS-dan qəbul edilmiş atəşkəs razılaşmasını aldığını təsdiqləyib.
Anlaşma barədə də bəzi detallar məlum olub. Bu iki mərhələdən ibarətdir.
İlk mərhələdə HƏMAS 33 girovu sərbəst buraxacaq, buna qarşılıq İsrail hər qadın əsirə görə 50, digər əsirlərə görə isə 30 Fələstinlini həbsxanadan sərbəst buraxacaq.
İkinci mərhələ hər iki tərəfin anlaşma mətnini imzalamasından 16 gün sonra başlayacaq. İddialara əsasən İsrail tərəfi FAT-ın Qəzza üzərində nəzarətinə razı olmayıb. Bunun əvəzinə keçici olaraq beynəlxalq dəstəklə sivil idarəetmə qurulması müzakirə edilib.
Eyni zamanda İsrailin Misirlə sərhəddəki Filadelfi dəhlizindən çəkiləcəyi iddiasıdır və Aralıq dənizindən çəkiləcəyi iddia edilir. Lakin bu iddianın qısa müddətdə gerçəkləşəcəyi inandırıcı görünmür.
17:17 15.01.2025
Oxunuş sayı: 8286