Yaxın Şərq

İsrail: HƏMAS liderinin cəsədini geri verməyəcəyik!

İsrail  HƏMAS liderinin cəsədini geri verməyəcəyini açıqlayıb/

Crossmedia.az “The Jerusalem Post” qəzeti-nə istinadən xəbər verir ki, girov və əsir mübadiləsi razılaşması çərçivəsində HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın cəsədi bu qruplaşmaya verilməyəcək.

Məlumata görə, İsrail razılaşmanın bir hissəsi olmasına baxmayaraq, HƏMAS lideri Yəhya Sinvarın cəsədini təhvil verməyəcəyini bildirib.

Qeyd olunub ki, HƏMAS-ın atəşkəs danışıqlarında Sinvarın cansız bədəninin təhvil verilməsini barədə xəbərdarlığından sonra “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” xəbər agentlikləri Təl-Əvivin bu barədə düşünmədiyini vurğulayıb. 

18:37 14.01.2025

Oxunuş sayı: 3231

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR