Meksika XİN: "Biz ikitərəfli dialoqumuzu gücləndirmək üçün əməkdaşlığı davam etdirəcəyik"
Meksika Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığı davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Paylaşımda deyilir: "Bu gün biz Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 33-cü ildönümünü qeyd edirik. Biz ikitərəfli dialoqumuzu gücləndirmək üçün əməkdaşlığı davam etdirəcəyik".
Aybəniz Səfərova
13:22 14.01.2025
Oxunuş sayı: 4117