Türkiyənin XİN rəhbərindən dünyaya mesaj: Narahat olmayın
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin müharibə təcrübəsinə diqqət çəkərək, mümkün münaqişələr qarşısında Türkiyənin özünü müdafiə etmək imkanlarına malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə "TRT" telekanalının canlı yayımında danışıb.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişindən sonra Ankaranın mümkün müharibəyə cəlb olunacağı ilə bağlı müzakirələrə münasibət bildirən Fidan Türkiyə xalqının tarixi hərbi təcrübəsini xatırladıb.
“Biz artıq müharibənin nə olduğunu bilən xalqıq. Müharibə bizim işimizdir. Çox döyüşmüşük. Allah müharibəni uzaq etsin, amma məsələ döyüşməyə gəldikdə, biz bu sahədə təcrübəliyik. Narahat olmayın”, – deyə nazir vurğulayıb.
Fidan Türkiyənin təhlükəsizliyi və mümkün müharibə ssenariləri ilə bağlı sualları cavablandırarkən ölkənin diplomatik, kəşfiyyat və müdafiə sahəsindəki təcrübəsinə də diqqət çəkib.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi regionda təhlükəsizlik əməkdaşlığı ilə bağlı müzakirələri aktuallaşdırıb. Sazişin tərəflər arasında müdafiə əməkdaşlığının gücləndirilməsinə xidmət etdiyi bildirilir.
23:50 21.11.2026
Oxunuş sayı: 63